Bakıda işdən 70 min manat ələ keçirdi: Tiktokda hədiyyə göndərdi - ŞOK ƏMƏL
26 Noyabr 2024
11:04 - 11 Yanvar 2022
Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Manset.az-a bildirib ki, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib.
Fakt üzrə Səbail Rayon Polis İdarəsində cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır.
C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Xatırladaq ki, hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 11a sinif şagirdləridir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin