Bakıda şagird sinif yoldaşını bıçaqladı

23:50 - 10 Yanvar 2022

Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

Manşet.az xəbər verir ki, bu barədə  məktəbdən məlumat verilib.

Bildirilib ki, hadisə dərsdən sonra baş verib.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qafqazinfo


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin