Xatun Balaşın xəstəliyini buna görə hamıdan gizlədib

13:35 - 10 Yanvar 2022

Xatun Balaşın xəstəliyini buna görə hamıdan gizlədib

"Azərbaycanda əsl prodüser Balaş olub. Mənə həm də maddi dəstək olub. Hər şeyimi o edirdi. Toydan qazandığım pulu da gətirirdim ki, sən böl".

 

Manset.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva mərhum qardaşı, stilist Balaş haqda danıpşarkən deyib. "O üz" proqramında qonaq olan sənətçi Balaşın xəstəliyindən danışıb.

O bildirib ki, xərçəng onun beynində aşkarlanıb və müalicəsi mümkün olmayıb:

"Onun analizlərinin cavabını İsrailə, Türkiyəyə, Moskvaya göndərdim. Hamı dedi ki, gecikmisiniz. Həkimlər dedi, bu insan harada yaşayıb ki, həkimə də getməyib. Beyninin bir tərəfin tutmuşdu, kimyaterapiya da kömək olmadı. Xəstəliyinin son günləri bizdə qalırdı. Deyirdim, hər yerə aparacam, sağalacaq. Anam deyirdi ki, gizlədirsən məndən. Hamıdan gizlətdim. Həmin ərəfədə pandemiya idi, istəmirdim insanlar gəlib ona baş çəksin. Qoruyurdum ki, kimsə gələr infeksiya keçər".

Xatun qardaşının xəstəliyini hamıdan gizlətməsindən bəhs edib:

"2 ay 13 gün cəhənnəm həyatı yaşadım. Yaraşıqlı idi Balaş. Heç vaxt istəmədim onu xəstə halda görsünlər. Çox adamdan kömək istəyə bilərdim. Bizə əl uzadanlar oldu, heç birin qəbul etmədim. Pul lazım olsaydı, gedib dilənərdim".


Xəbər xətti

13 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin