Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
07:54 - 10 Yanvar 2022
Prezident İlham Əliyevin tapşırığı əsasında icra edilən ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında 2022-ci ildə də genişlənəcək.
Manset.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İş Mərkəzinin fəaliyyətinə dair iclasda qeyd edilib.
Ödənişli ictimai işlər proqramının işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb. Proqramın yeni məşğulluq sahələri üzrə şaxələndirilməsi istiqamətində son illər bir sıra qurumlarla əməkdaşlıqda önəmli işlər aparılıb.
İclasda qeyd edilib ki, 56 min iş yerini özündə əhatə edən ödənişli ictimai işlər proqramı çərçivəsində ötən il Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi, ASAN xidmət, YAŞAT Fondu, Mediasiya şurası və s. qurumlarla birgə layihələr icra olunub. Bu layihələr üzrə həmin qurumlar üçün müxtəlif sayda ictimai iş yerlərinin ayrılması prosesi həyata keçirilib. Son günlər 1 231 işsiz və işaxtaran şəxs isə 60 rayonu əhatə edən yeni birgə layihə üzrə “Azərpoct” MMC və “Aztelekom” MMC müəsissələrində poçtalyon və operator işlərinə cəlb olunub.
Ümumilikdə, müxtəlif qurumlarla layihələr çərçivəsində əmək müqaviləsi əsasında iş yerlərinə cəlb olunan işsiz və işaxtaran şəxslər eyni zamanda əmək fəaliyyəti dövründə müvafiq sahələr üzrə ilkin peşə və ixtisas bacarıqlarına da yiyələnirlər. Bu da onların gələcək məşğulluq imkanlarını genişləndirmiş olur.
Proqramın icrasına, bu sahədə şəffaflığın təminatına, ödənişli ictimai işçilərin işə davamiyyətinə, onların əməyinin mühafizəsinə nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlər də iclasda müzakirə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin