Bakıda taxta emalı sexi və kafe yandı

11:29 - 2 İyul 2021

Bakıda taxta emalı sexi və kafe yandı

Bakının Qaradağ rayonunda taxta emalı sexinin ərazisində ümumi sahəsi 180 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və içərisindəki taxta yonqarı 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, anbarın qalan hissəsi mühafizə olunub.

Bakının Səbail rayonunda isə üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 85 m² olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb. Kafe yanğından mühafizə olunub.Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin