"Qalatasaray" və "Fənərbağça" Azərbaycan millisinin futbolçusu ilə maraqlanır

10:18 - 9 Yanvar 2022

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mert Çelik karyerasını Türkiyədə davam etdirə bilər.

Manset.az "Star"a istinadən xəbər verir ki, Superliqada çıxış edən "Fatih Karagümrük" və "Qaziantep" klubları 22 yaşlı müdafiəçiyə təklif göndərib.

Müqavilə ilə "Başakşehir"ə məxsus olan oyunçunun "Qalatasaray" və "Fənərbağça"nın da maraq dairəsində olduğu iddia edilir.

Qeyd edək ki, transfer dəyəri 350 000 avro olan Mert Çelik bu mövsüm "Neftçi"nin heyətində 18 oyun keçirib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin