Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
00:33 - 9 Yanvar 2022
Aktyor Ziya Ağanın baş rolda oynadığı “İsgəndərə yeni namə” tamaşası təxirə salınıb.
Manset.az xəbər verir ki, buna səbəb sənətçinin səhhətində yaranan problemdir. Belə ki, “Zəhər tuluğu” filminin təqdimatında gecəyə əsayla qatılan aktyorun məşqlər zamanı ayağını incitdiyi ortaya çıxmışdı.
Onun səhhətinə diqqət etməməsi, iynə və dərmanlar sayəsində tamaşaları oynaması vəziyyətini ağırlaşdırıb.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə OLAY-a açıqlamasında “İsgəndərə yeni namə”nin bir ay sonra yenidən nümayiş etdiriləcəyini bildirib.
Qeyd edək ki, dekabrın 18-i premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmidir.
olay.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin