Tovuzda iki yük maşını toqquşdu - Ölən və xəsarət alanlar var

10:18 - 2 İyul 2021

Tovuzda iki yük maşını toqquşdu - Ölən və xəsarət alanlar var

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıxlı kəndindən keçən hissəsində qeydə alınıb. “ZİL" və "MAN" markalı yük maşınlarının toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Xəsarət alanların vəziyyətin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(apa)


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin