Nazarbayev ölkəni tərk edib?

14:03 - 8 Yanvar 2022

Nazarbayev ölkəni tərk edib?

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev paytaxt Nur-Sultandadır və ölkə Prezidenti Kasım-Jomart Tokayevlə əlaqə saxlayır.

Manşet.az xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə siyasətçinin mətbuat katibi Aydos Ukibay bildirib.

“Elbası Qazaxıstanın paytaxtı Nur-Sultandadır. Xahiş edirik ki, bilə-bilə yalan və spekulyativ məlumat yaymayasınız. Elbası bir sıra məşvərət görüşləri keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir”, - deyə Ukibay əlavə edib.

Mətbuat katibi, həmçinin bildirib ki, Nazarbayevin Qazaxıstana dost olan dövlətlərin başçıları ilə bir neçə telefon danışığı olub.

Qeyd edək ki, yanvarın 5-də N.Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Bundan sonra onun Qazaxıstanı tərk etdiyi bildirilirdi.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin