Çili sahillərində güclü zəlzələ oldu

12:44 - 8 Yanvar 2022

Çili sahillərində güclü zəlzələ oldu

Çilinin şimal sahillərində 5,9 maqnitudalı zəlzələ olub.

Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 03:24-də (Bakı vaxtı ilə 07:24-də) qeydə alınıb.

Zəlzələnin episentri Kopyapo şəhərindən 112 kilometr şimal-qərbdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar haqda məlumat daxil olmayıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin