2 qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı –  TƏFƏRRÜAT

11:15 - 8 Yanvar 2022

2 qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı –  TƏFƏRRÜAT

Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Qurbanova hökm oxunub, o, məhkəmə zalından azadlığa buraxılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, N.Qurbanova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz edilib.

O, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub. 

Qeyd edək ki, hadisə 2021-ci il martın 25-də axşam saatlarında Gəncə şəhərində qeydə alınıb. 

Belə ki, şəhər sakinləri - 28 yaşlı O.Dadaşov və qardaşı, 30 yaşlı S.Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub. 

Araşdırma zamanı məlum olub ki, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü N.Qurbanov ailə münaqişəsi zamanı bacısının həyat yoldaşı O.Dadaşovu və onun qardaşı S.Dadaşovu bıçaqlayaraq xəsarət yetirib. 

Daha sonra N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib. 


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin