Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanıldı

09:50 - 8 Yanvar 2022

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanıldı

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.

Manset.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. 

Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Bildirilib ki, sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib. Onunla yanaşı daha bir neçə nəfər saxlanılıb, lakin həmin şəxslərin adları açıqlanmır. 

Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin