Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
23:39 - 7 Yanvar 2022
İnquşetiyada Surxaxi kəndi yaxınlığında kriminal dairələrdə "Həmzət İnquş” kimi tanınan 31 yaşlı "qanuni oğru” Həmzət Auşevə aid ola biləcək skeletə çevrilmiş cəsəd tapılıb.
Manşet.az xəbər verir ki, artıq qabırğaları və kəllə sümüyü açıq olan meyitin yanından tapança da aşkarlanıb. Cəsədin üzərində cins şalvar və pencək var. Məlumata görə, Daxili İşlər Nazirliyi və İnquşetiya üzrə İstintaq Komitəsinin şöbəsi kriminal avtoritetin meyitinin tapılması ilə bağlı məlumatları təkzib etməyib.
Auşevin ölümünün əsas versiyası kimi radikal dini baxışlara sadiq qalan yerli sahibkarlara xərac qoymaq cəhdi səbəbindən qətlə yetirilməsi göstərilir. Mərhumun psixi durumu ilə bağlı intihar versiyası da nəzərdən keçirilir.
Həmzət Auşev Rusiyada ən gənc "qanuni oğru”lardan biridir.
O, 2013-cü ildə "Vladimirski Mərkəzi” həbsxanasında quldurluq və təşkilatlanmaya görə həbs edilib və uzun müddət cəza çəkib. 2020-ci ildə kriminal avtoritet psixiatriya xəstəxanasına göndərilib və 2021-ci ilin yazında sağlamlıq səbəbi ilə oradan azad edilib.
(Qafqazinfo)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin