Əli Əsədovdan mühüm QƏRAR
1 Noyabr 2024
20:46 - 7 Yanvar 2022
Manşet.az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən tibb müəssisəinin bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi isə xəstəxana kimi fəaliyyət göstərib.
Hadisə zamanı 32 nəfər xəstə, xəstəxanın 16 işçisi və 81 nəfər məcburi köçkün təxliyə olunub.
İnsident zamanı ölən olmayıb.
***
Sumqayıtda xəstəxanada yanğın söndürülüb.
Manşet.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
***
Sumqayıtda xəstəxanada yanğın başlayıb.
Manşet.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin