Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
01:17 - 7 Yanvar 2022
Kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumaqeldiyev Qazaxıstana gedərək etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.
Manset.az xəbər verir ki, o, bu barədə instaqram səhifəsində canlı yayımda bildirib.
Avtoritet insanları dinc aksiyalara çağırıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir. Lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.
Cumaqeldiyev vurğulayıb ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:
“Bu mitinqdir? Bu xaos, anarxiyadır!”
Xatırladaq ki, Arman Cumaqeldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən Quli ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından sayılırdı.(Pravda.az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin