"Vətəndaşlar çörəyə qənaət etməlidir" deyən deputatın ƏMLAKLARININ SİYAHISI (FOTO)

12:17 - 5 Yanvar 2022

Millət vəkili Eldar Quliyevə məxsus olduğu deyilən şirkətlərin bir qisminin siyahısı yayılıb.

Manset.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

Onun iddiasına görə, aşağıdakı şirkətlər Eldar Quliyevin kürəkəni Səfərov Abbas Tofiq oğlunun adına açılıb:

1. "Kapitol" MTK
Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül pr., ev 65 "A", m. 17
2. "Epotos-Bakı" MMC
Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül pr., ev 65 "A", m. 17
3. "Higt Contrakt MMC
Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül pr., ev 65 "A", m. 17
4. "Monalit-Akfa" MMC
Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül pr., ev 65 "A", m. 17
5. "Eleqant-M" MMC
6. "Art-Puzzle" MMC
Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül pr., ev 65"A", m. 17
7. "Planet Tur" MMC
Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül pr., ev 65"A", m. 17
8. "Superservis (ПРИВАТНЕ ПІДПРИЄМСТВО "СУПЕРСЕРВІС") - Ukrayna, Odessa şəhəri

Bundan başqa, Nəsimi bazarının yanında tikilmiş 16 mərtəbəli binanın tikintisi deputata və kürəkəninə məxsus "Kapitol" Mənzil Tikinti Kooperativi tərəfindən həyata keçirilib. Həmçinin Mərdəkandakı "Karvan Palace Hotel" deputata məxsusdur.

Qeyd edək ki, millət vəkilinin unun və çörəyin qalxması ilə bağlı fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

E.Quliyev açıqlamasında "Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, srağagündən qalmış çörək qurusu asılır. Yəni ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq" - deyə bildirdmişdi.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin