Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

10:51 - 5 Yanvar 2022

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari ilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar.

Manset.az xəbər verir ki, bu barədə P.N. Lebedev adına Fizika İnstitutu məlumat yayıb.

Belə ki, 11, 12, 15, 17, 18 yanvar tarixlərində 3 bal gücündə maqnit qasırğası olacaq.

Lakin ən güclüsü yanvarın 16-da qeydə alınacaq. Geomaqnit titrəyişlərin gücü 4 bal olacaq.

Geomaqnit sahəsinin güclü pozulmaları insan sağlamlığına təsir göstərərək baş ağrısı, yorğunluq, əsəbilik, ümumiyyətlə, sağlamlığın pisləşməsinə səbəb ola bilər.

Həkimlər bu günləri özünüzə qulluq etməyə, yağlı qidalardan, spirtli içkilərdən və tütündən uzaq durmağa, stresli vəziyyətlərdən qaçmağa, gərginləşməməyə, mümkünsə təmiz havada gəzməyə çağırır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin