Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıblar

16:20 - 4 Yanvar 2022

Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıblar

Xaçmaz rayonunda oğurluq edən Goranboy sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini, ona məxsus mağazadan qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib.

Daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilmiş və oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Elçin Hüseynov və Pərvin Seyidov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid mağazaya girərək müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, 60 manat pul və 3170 manat dəyərində müxtəlif növ siqaretlər oğurladıqları müəyyən edilib.

Faktlar bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin