Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
19:49 - 1 İyul 2021
OPEK+ alyansının iclası öncəsi dünya bazarlarında neft qiymətləri bir qədər bahalaşır.
Manset.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,16 % bahalaşaraq, 1 bareli 74,74 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,2 % artaraq, 1 bareli 73,62 ABŞ dolları təşkil edib.
Hazırda OPEK+ alyansının iclası diqqət mərkəzindədir. Analitiklər hesab edirlər ki, xammala olan tələbin artması fonunda alyans avqust ayında hasilatın artırılması ilə bağlı qərar verəcək.
Hazırda bazardakı vəziyyət neft və neft məhsullarının qiymətlərinin artmasına təkan verir. Bir tərəfdən, məhdudiyyətlərin tədricən aradan qaldırıldığı ABŞ-da neftə olan tələbat kəskin surətdə artır. Digər tərəfdən isə təklif səviyyəsi demək olar ki, dəyişilməz olaraq qalır. Ekspertlər hesab edirlər ki, bu gedişat cari ildə xammal çatışmazlığına səbəb ola bilər.report
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin