Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
10:49 - 4 Yanvar 2022
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışında rəqibləri müəyyənləşib.
Manset.az-ın məlumatına görə, Varşava təmsilçisi ilk yoxlama oyununu yanvarın 12-də İsveçrə "Bazel"inə qarşı keçirəcək. Yanvarın 15-də Bolqarıstanın "Lokomotiv" (Plovdiv) komandası ilə üz-üzə gələcək "Legiya" yanvarın 19-da Rusiya "Krasnodar"ı ilə görüşəcək.
Yanvarın 6-da başlanacaq Dubay toplanışına yanvarın 22-də yekun vurulacaq. "Legiya"nın yanvarın 28-də yerli "Tıxı" və yanvarın 29-da "Radomyak"la da yoxlama oyunları nəzərdə tutulub.
Qeyd edək ki, "Bazel" UEFA Konfrans Liqasının qrup mərhələsində Mahir Emrelinin keçmiş klubu "Qarabağ"ın əsas rəqibi biri olub. Azərbaycan təmsilçisi ev oyunundan 0:0 hesablı heç-heçə, səfər matçından isə məğlubiyyətlə ayrılıb - 0:3.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin