Bayden Azərbaycana təşəkkür etdi
24 Noyabr 2024
19:48 - 1 İyul 2021
ATƏT PA-nın illik sessiyası 30 iyun tarixində öz işinə başlayıb. Sessiyada Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev iştirak edirlər.
Manset.az xəbər verir ki, qurumun Siyasi məsələlər və təhlükəsizlik; İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclasları tam olaraq onlayn formatda keçiriləcək.
ATƏT PA-nın hibrid formatda keçiriləcək daimi komitəsinin iclası və plenar iclasında iştirak etmək məqsədi ilə nümayəndə heyətinin rəhbəri Azay Quliyev 03 iyul tarixində Vyana şəhərinə yola düşəcək.
İllik sessiya çərçivəsində ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları, beynəlxalq siyasi vəziyyət müzakirə ediləcək, Assambleyanın prezidenti, Baş katibi və xəzinədarının hesabatları təqdim ediləcək, ATƏT PA-nın prezidentinin, vitse-prezidentlərinin və ümumi komitə rəsmilərinin seçkisi keçiriləcək, eləcə də təşkilatın növbəti dövr üçün büdcəsi və fəaliyyət planı təsdiq ediləcək.
Cari ilin aprelin 25-də Albaniyada keçirilmiş parlament seçkilərinin ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri Azay Quliyev ATƏT PA-nın daimi komitəsində seçki missiyası haqda hesabat verəcək.
Azərbaycan Milli Məclisinin deputatları illik sessiyada aparılan müzakirələrdə ölkəmizin mövqeyindən çıxış edərək məsələlərə münasibət bildirəcək və təqdim edilmiş sənədlərə müvafiq düzəlişləri irəli sürəcəklər.
Qeyd edək ki, ATƏT PA-nın illik sessiyası iyulun 7-də başa çatacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin