Bahadır Mahmudov yüksək vəzifəyə təyin edildi - FOTO
24 Noyabr 2024
19:16 - 1 İyul 2021
"Koronavirusun “Delta” variantının Cənubi Qafqaz regionunda yayılması ehtimalı yüksəkdir".
Manset.az xəbər verir ki, bunu “Report”a Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib.
Ekspert “Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdırıb.
Azərbaycanın indiyədək koronavirusa yoluxma sayını azaltmaq istiqamətində çevik tədbirlər həyata keçirdiyini qeyd edən ekspert “Delta” ştammının da yayıldığını nəzərə almaqla ölkədə peyvəndləmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin