Canni De Byazi “Koronavirusa yoluxmaq mənim üçün ağır idi”

19:02 - 3 Yanvar 2022

Canni De Byazi “Koronavirusa yoluxmaq mənim üçün ağır idi”

“Koronavirusa yoluxmaq mənim üçün ağır idi”.

Manşet.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Vikonos Radio/Tv”yə açıqlamasında deyib.

66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib: “Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm”.

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin