Ukrayna aviaşirkəti Bakıya uçuşları dayandırır

23:54 - 2 Yanvar 2022

Ukrayna aviaşirkəti Bakıya uçuşları dayandırır

Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı – Zaporojye uçuşlarını dayandırır.

Manset.az Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Dövlət Aviasiya Xidməti aviaşirkətin özünün müraciəti əsasında “SkyUp”ın Zaporojye şəhərindən Azərbaycan və Türkiyəyə iki reys üzrə lisenziyasını ləğv edib. 

Bununla da, şirkət Zaporojye - Bakı – Zaporojye və Zaporojye - İstanbul – Zaporojye uçuşlarının həyata keçirilməsinə son qoyub. 

Uçuşların hansı səbəbdən dayandırıldığı açıqlanmayıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin