Rəşad Məcid, Elçin Hüseynbəyli və Səlim Babullaoğluna yeni vəzifə verildi

15:39 - 1 İyul 2021

Rəşad Məcid, Elçin Hüseynbəyli və Səlim Babullaoğluna yeni vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.

Manset.az xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu birliyin katibləri təyin olunublar.

Onun sözlərinə görə, bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin