COP29-da Azərbaycana təşəkkür edildi
23 Noyabr 2024
15:09 - 1 İyul 2021
İsveçrənin “Stadler” şirkəti Gürcüstanın dəmir yolları ilə hərəkət edən qatarlara xidmət göstərəcək.
Manset.az xəbər verir ki, bununla bağlı “Gürcüsan Dəmir Yolları” SC və şirkət arasında müqavilə imzalanıb.
Sənədə əsasən, “Stadler” bu gündən etibarən Gürcüstanda qatarların hərəkəti üzrə müxtəlif xidmətlər göstərəcək və təhlükəsizliyi təmin edəcək.
SC-dən qeyd olunub ki, 2016-cı ildən “Stadler Kiss” modelli qatarlar Tbilisi-Batumi-Tbilisi istiqaməti üzrə sərnişin daşıyır. İsveçrə şirkəti uzun illər “Gürcüstan Dəmir Yolları”nın etibarlı tərəfdaşıdır və gələcəkdə əməkdaşlığın daha da aktivləşdirilməsi planlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin