Ramil Şeydayev "Qarabağ"a transfer oldu

14:55 - 1 İyul 2021

Ramil Şeydayev

"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə anlaşıb.

Manset.az-ın məlumatına görə, Ağdam təmsilçisi tezliklə 25 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalayacaq.

"Kölən atlar" rəsmi feysbuk səhifəsində yeni transferlərini açıqlayacaqlarını bəyan edib. Paylaşımda "Sabaha saxlamırıq, bu gün açıqlayacağıq yazılıb".

"Sabah" klubu bu gün Şeydayevlə vidalaşıb.

Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə də "Qarabağ"ın formasını geyinib.



Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin