Bu şəxslərin əmək haqları ARTIRILDI
21 Noyabr 2024
12:20 - 11 İyun 2021
Xəzər rayonu Binə qəsəbəsi şəhid adını daşıyan Ramiz Məcidov küçəsində yaşayan sakinlər 20 ildən çoxdur ki, içməli suyun yoxluğundan əziyyət çəkir.
Bu barədə qəsəbə sakinləri Manşet.az-a müraciət ünvanlayıblar:
“2019- cu il dekabr ayında Binə qəsəbəsində əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində AZERSU OJSC Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2000 p/metr-lik layihə üzrə su xətlərinin çəkilişi işlərinə start verilmişdir ərazi üzrə su xətlərinin çəkilişi baş tutsa da R.Məcidov küçəsi layihədən kənar qalmışdır, sakinlər tərəfindən dəfələrlə adiyyatı qurumlara müraciət olunmasına baxmayaraq qurum rəsmiləri heç bir köməklik göstərməmişdir. Bundan sonra 2020-ci ilin yanvar ayında “Azərsu” ASC tərəfindən yenidən su xətlərinin çəkilşi həyata keçirilməyə başladı R.Məcidov küçəsində yaşayan yalnız iki ailə içməli su ilə təmin olunaraq yanğın hidrantı quraşdırıldı və növbəti küçə üzrə yeni su xəttinin çəkilişi davam etdi, ərazi üzrə məsul şəxsə digər sakinlərin bəs biz suallın ünvanlayan zaman R.Məcidov küçəsinə su xəttinin çəkilməsi üçün “Azərsu” ASC tərəfindən layihənin mövcud olmadığı bildirilərək yuxarıda adı qeyd olunan küçənin digər sakinlərinə su xəttinin çəkilməsi təmin olunmadı. Sakinlər adından “Azərsu” ASC-ə, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahova təkrar müraciət olunmasına baxmayaraq heç bir köməklik göstərilməmişdir.
Qeyd olunan ünvanda yaşayan 70 ailə hər biri ay üzrə içməli su əldə olunması üçün 40 – 80 AZN vəsait sərf edir və təəssüf olsun ki, ekoloji cəhətdən suyun nə qədər içməli olub olmadığı sual altındadır. Qəsəbə sakinləri olaraq aidiyyatı qurumlardan köməklik gözləyirik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin