"Bakı Metropoliteni" 10 milyon manatlıq 2 tenderə yekun vurdu

10:40 - 1 İyul 2021

"Bakı Metropoliteni" QSC “Xocəsən” elektrik deposundakı tikililərdə asma tavanın, pəncərə və qapıların hazırlanıb-quraşdırılması (1), eləcə də 8 saylı ventilyasiya şaxtasının kompozit materialla üzlənməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Manset.az  vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Nimex" və "Almetcon" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 5,355 milyon manat və 4,327 milyon manat, ümumilikdə isə 9,682 milyon manat ödəniləcək.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin