İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün 600-dən çox müraciət daxil oldu

10:08 - 1 İyul 2021

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün 600-dən çox müraciət daxil oldu

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir.

Manset.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun keçirilən növbəti iclasında bildirilib.

Qeyd olunub ki, hazırki dövrə qədər 600-dən artıq müraciət daxil olub. Bildirilib ki, investisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin