Prezident İlham Əliyevdən Ağdam Şəhəri Günü münasibətilə PAYLAŞIM
20 Noyabr 2024
11:00 - 27 Dekabr 2021
Gələn il COVID-19-a qarşı yeni preparatlar virusa yoluxmuş və xəstəliyi ağır keçirən şəxslərin sağ qalmaq şanslarını artıracaq.
Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.
H.Klüge qeyd edib ki, gələcək nəsil vaksinlər yaranacaq yeni ştamlara qarşı daha effektiv olacaq.
“Öncəgörücülük edə bilmərəm, amma nəzərə almaq lazımdır ki, hazırkı vaksinlər COVID-19-a qarşı birinci nəsil vaksinlərdir. Gələcək vaksinlər üzərində iş aparılacaq. Onlar koronavirusun yeni meydana gələn ştamlarına uyğunlaşdırılacaq və daha effektiv olacaq. Bu, demək olar ki, hər il yeni ştamlara uyğunlaşdırılan qrip əleyhinə vaksinlərə bənzəyəcək”, - o bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin