Lənkəranda motosiklet yük avtomobili ilə toqquşddu - Sürücü öldü

09:36 - 1 İyul 2021

Lənkəranda motosiklet yük avtomobili ilə toqquşddu - Sürücü öldü

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, qəza Girdəni kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadənin idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü, Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədov hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin