"Qarabağ"ın rəqibi bu futbolçularla yollarını ayırır

16:17 - 26 Dekabr 2021

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" (Fransa) qış transfer pəncərəsində bir neçə aparıcı oyunçusu ilə yollarını ayırmaq niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Klub qapıçı Stiv Mandanda və hücumçu Arkadiuş Miliki göndərmək niyyətindədir. Sözügedən oyunçular özləri də "Marsel"dən getməyə müsbət yanaşırlar. 36 yaşlı fransalı qolkiperin ehtiyatda qaldığı, polşalı forvardın isə İtaliya "Yuventus"unun maraq dairəsinə düşdüyü üçün komandadan ayrılmağı düşündüyü bildirilib. 

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin