Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
09:39 - 26 Dekabr 2021
“Qarabağ”ın sabiq idman direktoru Con van Loen Ağdam klubunda çalışarkən Belçika "Anderlext"inin mərhum fəxri prezidenti Vanden Stokla mərcə girib.
Manset.az-ın məlumatına görə, bu barədə 56 yaşlı niderlandlı mütəxəssisin özü "voetbalnieuws.be" saytına açıqlama verib.
Onun sözlərinə görə, maraqlı hadisə "köhlən atlar"ın 2015/2016 mövsümündə Bakıda Brüssel təmsilçisini 1:0 hesabı ilə məğlub etdiyi UEFA Avropa Liqasının qrup oyunundan öncə baş verib: "Həmin vaxt "Qarabağ"da sabiq "Anderlext"li Reynaldo Silva çıxış edirdi. O, çox yaxşı oyunçu idi. Belçika klubu ilə görüşdən öncə Stok dedi ki, Con, biz udsaq, sən mənə, "Qarabağ" qalib gəlsə, mən sənə sənə bir şüşə şərab verəcəyəm. Oyundan sonra rəqibin qaldığı otelə gedib mənə çatmalı olan şərabı tələb etdim. Bu qələbə kluba da çox şey qazandırdı".
Qeyd edək ki, Con van Loen 2014 - 2016-cı illərdə "Qarabağ"da çalışıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin