Monteneqro prezidenti koronavirusa yoluxdu

01:25 - 24 Dekabr 2021

Monteneqro prezidenti koronavirusa yoluxdu

Monteneqro Prezidenti Milo Cukanoviç koronavirusa yoluxub.

Manset.az xəbər verir ki, bu barədə Monteneqro Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Cukanoviçdə yüngül simptomlar var. 

"Prezidentdə yüngül simptomlar var, özünü yaxşı hiss edir. Epidemioloji tədbirlərə uyğun olaraq o, özünü təcrid edib, vəzifəsini bu rejimdə icra edəcək", - deyə məlumatda bildirilir. 

Xatırladaq ki, Cukanoviç COVID-19-a yoluxmuş şəxslə təmasda olduğu üçün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü ləğv etmişdi. 


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin