“Rusiyanın NATO ilə bağlı təkliflərilə razılaşmayacağıq” - Ağ Ev

08:12 - 24 Dekabr 2021

“Rusiyanın NATO ilə bağlı təkliflərilə razılaşmayacağıq” - Ağ Ev

"ABŞ Rusiyanın NATO-ya təsir edən təhlükəsizlik təklifləri ilə razılaşmayacaq, lakin digər təşəbbüslərlə razılaşa bilər".

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə bildirib.

“Rusiya təkliflər verib, bəziləri ilə razılaşa bilərik. Amma bəziləri ilə yox. Məsələn, NATO ilə bağlı təkliflərlə əlbəttə ki, razılaşmayacağıq”, - o deyib.

"Qeyd etmək istərdim ki, NATO aqressiv deyil, müdafiə ittifaqıdır. Həm ABŞ, həm də NATO-nun digər üzvləri tərəfindən əksini irəli sürəcək heç bir sübut yoxdur", - Psaki əlavə edib.

Eyni zamanda o qeyd edib ki, Ağ Ev bu vəziyyətdə danışıqların aparılması üçün düzgün yol hesab edir.

“ABŞ və Rusiya arasında təhlükəsizlik danışıqlarının yeri və vaxtı müəyyən edilməyib, onlar yanvarın əvvəlinə planlaşdırılıb. Hazırda yer və vaxtla bağlı yekun razılaşma yoxdur”, - Psaki belə bir görüşün Cenevrədə baş tutacağı ehtimalı ilə bağlı suala cavab verərkən qedy edib.

Psaki əlavə edib ki, Rusiya rəhbərliyi Cenevrədə diplomatik departamentlər vasitəsilə keçiriləcək təhlükəsizlik zəmanətləri ilə bağlı görüşə hazırlaşır: "Biz də bunun irəliyə doğru ən yaxşı yol olduğuna inanırıq".

Onun sözlərinə görə, Amerika administrasiyası diplomatik danışıqların aparılması üzərində işləyir.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin