Gürcüstanda “omikron”a yoluxanların sayı 30-a Çatdı

19:34 - 23 Dekabr 2021

Gürcüstanda “omikron”a yoluxanların sayı 30-a Çatdı

Gürcüstanda “omikron”a yoluxanların sayı 30-a yaxınlaşıb.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze Birinci kanalın efirində bildirib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusun “Omikron” ştamına 5 yeni yoluxma qeydə alınıb.

İndiyədək ölkədə yeni ştama 29 yoluxma halı təsdiqlənib və bütün hallarda xəstəlik yüngül formada keçir.

Baş epidemoiloq Gürcüstanda “omikron”a yoluxma faktlarının artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un mutasiya etmiş növünə ilk 2 yoluxma halı dekabrın 20-də təsdiqlənib.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin