Aİ Azərbaycandan səyahətlərə icazə verdi

19:20 - 30 İyun 2021

Aİ Azərbaycandan səyahətlərə icazə verdi

Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

Manset.az-ın "politico.eu"ya istinadən verdiyi xəbərə görə, qərar bu gün Aİ səfirlərinin iclasında verilib.

Yeni qərarla Kanada, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı siyahıya əlavə edilib.

Xatırladaq ki, ötən il Aİ koronavirus pandemiyasına görə təşkilat xaricindəki ölkələrdən qeyri-vacib səyahətləri dayandırmışdı.

Təhlükəsiz səyahət siyahısı Aİ-yə üzv ölkələr üçün məcburi deyil, bu siyahı məhdudiyyətin hansı ölkələrə aid edildiyini göstərir.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin