Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
19:33 - 22 Dekabr 2021
“Vahid Rusiya” Ali Şurasının sədri və Rusiyanın Ukraynada vəziyyətin nizamlanması üzrə təmas qrupundakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov Belarusa səfir təyin ediləcək.
Manşet.az xəbər verir ki, bu barədə “Znak” Dövlət Dumasındakı mənbəyə istinadən məlumat yayıb.
“Qrızlov siyasi ağır çəkili, nüfuzlu bir adamdır, prezident ona güvənir. Ona görə də onun təyinatı Rusiya ilə Belarus arasında əməkdaşlığın vacibliyini nümayiş etdirir, ölkələrimiz arasında daha da yaxınlaşmanı göstərir”, - deyə məlumatda bildirilir.
Mənbə bildirib ki, Qrızlovun Belarusa yeni səfir təyin edilməsi İttifaq dövlətinin vahid parlamentinin yaradılmasından xəbər verir.
Daha sonra Qrızlovun mümkün təyinatı ilə bağlı məlumatı “İnterfaks” agentliyinə Dövlət Dumasındakı mənbə də təsdiqləyib.
"Boris Qrızlovun Rusiyanın Belarusdakı səfiri vəzifəsinə namizədliyi artıq MDB işləri üzrə profil komitəsi tərəfindən təsdiqlənib", - məlumatda deyilir.
Boris Qrızlov 2001-2003-cü illərdə Rusiyanın xarici işlər naziri postunu tutub, bundan sonra IV və V çağırışlarda Rusiya Dövlət Dumasının sədri, 2011-2016-cı illərdə isə Rusiya Təhlükəsizlik Şurasının üzvü olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin