NASA kosmosda film çəkilişləri barədə Açıqlama verdi

18:50 - 22 Dekabr 2021

NASA kosmosda film çəkilişləri barədə Açıqlama verdi

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) hələ kosmosda film çəkmək niyyətində deyil. Bu barədə Beynəlxalq Kosmik Stansiyanın (BKS) ABŞ proqramının rəhbəri Coel Montalbano bildirib.

Manşet.az Oxu.az-a istinadən xəbər verir ki, "elə özəl şirkətlər var ki, onların kosmosda görmək istədikləri işlərlə bağlı fikirləri var. Onlar bunu NASA-ya təqdim edib koordinasiya etməyə borcludurlar", - deyə o, xəbərdarlıq edib.

"Hazırda film çəkilişi ilə bağlı raket buraxılışı nəzərdə tutulmayıb", - deyə ABŞ BKS proqramının rəhbəri əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin may ayında NASA-nın o vaxtkı direktoru Ceyms Bridenstayn Hollivud aktyoru Tom Kruzun iştirakı ilə Daq Layman tərəfindən tərəfindən çəkilən filmin bir hissəsinin BKS-də olacağını açıqlamışdı. Mətbuatda həmçinin filmin yaradılmasında amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinin iştirak etdiyini bildirib. Kruz və Laymanın 2021-ci ilin payızında "Crew Dragon" ilə BKS-ə getməsi gözlənilirdi.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin