Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
21:07 - 21 Dekabr 2021
Türkiyədə əmanətlərini lirə ilə əmanət kimi istifadə edən vətəndaşların banklardakı volatillikdən zərər çəkməsinin qarşısını almaq üçün “Valyuta ilə qorunan Türkiyə lirəsi müddətli əmanəti” tətbiqi istifadəyə verilib.
Manşet.az xəbər verir ki, bu barədə ölkənin Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq olaraq, məhsulda, fiziki şəxslərin lirə ilə müddətli depozit hesablarına hesablanacaq faizlər hesabın açılışı və ödəmə tarixlərindəki məzənnə ilə müqayisə ediləcək və hesaba daha yüksək nisbətdə qazanc əldə ediləcək. Bu depozit məhsuluna heç bir vergi tutulmayacaq.
Qeyd edilib ki, valyuta hesablamaları üçün Türkiyə Mərkəzi Bankı (TMB) hər gün saat 11:00-da ABŞ dollarının məzənnəsini açıqlayacaq.
Ödəmə tarixinin sonunda məzənnə dəyişikliyi faiz dərəcəsinin üzərində qalması halında, yarana biləcək fərq lirə ilə müştəri hesabına əks etdiriləcəkdir.
Hesablar 3, 6, 9 və 12 ay müddətində açıla bilər. Minimum faiz dərəcəsi TMB Siyasət Faiz dərəcəsi kimi tətbiq olunacaq.
Pul ödəmə müddətindən əvvəl çıxarılacağı halda faiz hüququ aradan qaldırılacaq.
Ödəmə müddətindən əvvəl pulun hesabdan çıxarılması halında hesab cari hesaba çevriləcək və faiz hüququ aradan qaldırılacaq. Hesab balansı hesabın açıldığı tarixdəki TMB məzənnəsi və hesabın bağlandığı tarixdəki TMB məzənnəsi ilə yenilənəcək.
Digər tərəfdən, sözügedən məhsulun iştirak bankçılığına tətbiqi istiqamətində işlər davam etdirildiyi bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin