Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
20:56 - 21 Dekabr 2021
İsraildə koronavirusun “omikron” ştamından ilk ölüm halı qeydə alınıb.
Manşet.az xəbər verir ki, bu barədə KAN televiziyası məlumat yayıb. Bildirilir ki, 75 yaşlı kişi dünən vəfat edib. O, 6 ay əvvəl virus əleyhinə ikinci doza vaksin qəbul edib. Hadisədən sonra koronavirusla mübarizə üzrə nazirliklərarası komissiyanın iclası başlayıb.
Bu həftənin əvvəlində İsrailin Baş naziri Naftali Bennett bildirib ki, ölkədə koronavirusun beşinci dalğası başlayıb və direktivlər tezliklə yayımlanacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin