Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
19:50 - 21 Dekabr 2021
Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub.
Manşet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər regional məsələləri müzakirə ediblər.
Onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
"Prezidentlər, həmçinin Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar. Bu kontekstdə Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə diqqət yetirilib. Vladimir Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə məlumat verib”, - məlumatda bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin