DİN-dən saçını boyadığına görə bıçaqlandığını deyən şəxslə bağlı AÇIQLAMA

17:06 - 30 İyun 2021

DİN-dən saçını boyadığına görə bıçaqlandığını deyən şəxslə bağlı AÇIQLAMA

Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlandığını iddia edir.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, adıçəkilən şəxs polisə müraciət etməyib: “Həmin şəxs DİN-in 102 xidmətinə və ya polisə heç bir müraciət etməyib. Buna baxmayaraq, sosial şəbəkələrdə yazılan mövzu ilə bağlı Bakı şəhər Baş Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bu gün ona zəng edilib və polis idarəsinə dəvət edilib. Dəvət etdik ki, gəlsin, hadisə barədə ətraflı məlumat versin. İzahat vermək üçün gələcəyini bildirsə də, sonradan telefonunu söndürüb”.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin