Ronaldodan xeyirxah addım

00:54 - 21 Dekabr 2021

Ronaldodan xeyirxah addım

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo formasını xeyriyyə hərracına bağışlayıb.

 

Manset.az "La Provinicia"ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq üçün bu addımı atıb.

"Hətta vulkanın gücü də Palma ilə müqayisə oluna bilməz. Gözəl adaya dəstəyim" deyə o, köynəyin üzərinə yazıb.

Dekabrın 24-də hərraca çıxarılaacaq formadan əldə olunan gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, sentyabrın 19-da adada vulkan püskürməsi başlayıb. 88 gün ərzində 1600-dən çox bina dağıdılıb, 74 km yol zədələnib, 7 mindən çox insan təxliyə edilib. 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin