Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
23:37 - 20 Dekabr 2021
MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurası II və III MDB Oyunlarının keçirilmə yerini və vaxtını müəyyən edib.
Manşet.az xəbər verir ki, bu barədə Birliyin İcraiyyə Komitəsinin mətbuat xidməti şuranın növbədənkənar iclasının yekunlarına görə məlumat verib.
"II Oyunlar 2023-cü ildə Belarusda keçiriləcək. 2025-ci ildə III Oyunların keçiriləcəyi yer Azərbaycan olacaq", - məlumatda deyilir.
Qeyd edək ki, sentyabrda Kazanda ilk MDB Oyunları keçirilib. Onlarda Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandan 14-23 yaş arası 1139 idmançı iştirak edib. Oyunların proqramına 16 idman növü daxil olub. Müsabiqə əvvəlcə 2020-ci ilin avqustunda keçirilməli idi, lakin pandemiya səbəbindən təxirə salınıb.
Oyunların keçirilməsi ideyası Rusiya tərəfindən irəli sürülüb, təklif MDB Dövlət Başçıları Şurasının 2018-ci il sentyabrın 28-də Düşənbədə keçirilən iclasında dəstəklənib. Oyunlar xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Birlik ölkələrinin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin praktiki həyata keçirilməsi məqsədilə baş tutur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin