ABŞ vətəndaşlarını Ukraynaya getməməyə Çağırdı

23:24 - 20 Dekabr 2021

ABŞ vətəndaşlarını Ukraynaya getməməyə Çağırdı

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ukraynaya səyahət etməməyə çağırıb.

Manşet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq koronavirus pandemiyası və Ukraynada Rusiya təhdidinin artması ilə bağlıdır.

"ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı vacib bir hərbi hərəkat planlaşdırdığına dair xəbərlərin fərqində olmalıdır. ABŞ vətəndaşlarına xüsusən Ukrayna sərhədləri boyunca, Krımda və Rusiya tərəfindən nəzarət edilən şərqi Ukraynada təhlükəsizlik tədbirlərinin proqnozlaşdırıla bilməyən olduğu, hər an pozula biləcəyi xatırladılır”.

Xəbərdarlıqda o da vurğulanıb ki, rus hərbi hərəkatının ola biləcəyi bölgələrdə və Rusiyanın nəzarətindəki Krım, Donetsk və Luqansk kimi bölgələrdə konsulluq xidmətləri də ciddi təsirə məruz qalır.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin