"Fənərbağça" baş məşqçisi ilə Vidalaşdı

22:40 - 20 Dekabr 2021

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

Manşet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Sarı-lacivərdlilər" 53 yaşlı baş məşqçinin rəhbərliyi altında cari mövsüm UEFA Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb. Komanda Türkiyə Super Liqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin iyulunda "Fənərbağça"nın sükanı arxasına keçən Vitor Pereyra daha əvvəl 2015/2016 mövsümündə İstanbul nəhənginə başçılıq edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin