Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
20:29 - 20 Dekabr 2021
Azərbaycan pauerliftinqçiləri Rusiyanın paytaxtı Moskvada keçirilmiş dünya çempionatında uğurla çıxış ediblər.
Manşet.az xəbər verir ki, yarışda Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi və idmançısı Hafiz Verdiyev (100 kq), həmçinin Namiq Mehdiyev (90 kq), Raif Süleymanov (90 kq, veteranlar) və Nicat Xosrovzadə (125 kq) deadlift növündə dünya çempionu olub. Roman Əhmədov (82,5 kq) ikinci, Aydın Hümbətov (125 kq) isə üçüncü yeri tutublar.
Pauerliftinq növündə isə tanınmış idmançılar - Ramil Əhmədov (100 kq) və Rövşən Xəlilov (75 kq) qızıl medal qazanıblar. Əhmədov dördüncü, Xəlilov isə beşinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əhmədov həm də peşəkar divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı olub.
Bu növdə həmçinin Hüseyn Hüseynov (52 kq), Ramin Süleymanzadə (60 kq), Fərdi Qurbanov (82,5 kq), Məhəmməd Hüseynov (90 kq), Elvin Müzəffərov (67,5 kq), Nihat Quliyev (100 kq) qızıl, Kamran Lazımov (82,5 kq) isə gümüş medala sahib çıxıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin