Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar - FOTO

15:47 - 30 İyun 2021

Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar - FOTO

Bakıda bıçaqlanma hadisəsi olub.

Manset.az  Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb.

Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: "Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək".



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin